İstifadəçi razılaşması

Bu istifadəçi razılaşması (“Razılaşma”) www.ecare.az saytının və platformasının idarəçiliyini həyata keçirən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) 2004591262 olan fiziki şəxs Heydərli Fuad Eldar oğlu (“Platforma administratoru”) ilə www.ecare.az saytına aşağıdakı şərtləri qəbul edərək üzv olan istifadəçi (“İstifadəçi”) arasında, İstifadəçinin www.ecare.az platformasının (“Platforma”) təqdim etdiyi xidmətlərdən istifadə etməsi şərtlərini tənzimləmək məqsədi ilə bağlanılır. Platforma həkimlər üçün pasiyentləri ilə görüşləri tənzimləmək, pasiyentlərinin məlumat bazasını idarəetmək, xəstəlik tarixçələrini izləmək, müayinə nəticələrini və reseptləri pasiyentlə bölüşmək məqsədi ilə yaradılmışdır. İstifadəçi platformadan istifadə edərək bu razılaşmada göstərilən şərtləri qəbul etmiş hesab edilir. İstifadəçi razılaşmanın hansısa şərti ilə razılaşmadığı təqdirdə platformadan istifadədən yayınmağı tövsiyə olunur.

  1. Məxfilik və məlumatların istifadəsi
    1. İstifadəçi məlumatları: İstifadəçi məlumatları dedikdə platformada qeydiyyatdan keçən şəxsin özü barədə daxil etdiyi məlumatlar nəzərdə tutulur. Bütün istifadəçi məlumatları mövcud qanunvericiliyə uyğun qorunur və heç bir halda istifadəçinin razılığı alınmadan üçüncü tərəflərlə bölüşülmür.
    2. Pasiyent məlumatları: İstifadəçi tərəfindən pasiyentləri barədə daxil edilən fərdi və sağlamlıqları barədə məlumatlar nəzərdə tutulur. Bütün pasiyent məlumatları mövcud qanunvericiliyə uyğun qorunur və heç bir halda üçüncü tərəflərlə bölüşülmür. İstifadəçi tərəfindən pasiyent məlumatlarının paylaşılmasına görə istifadəçi məsuliyyət daşıyır.
    3. Məlumatların istifadəsi: Platforma administratoru istifadəçilərlə bağlı məlumatlara həssas yanaşmağı və onları qorumağı öhdəsinə götürür. İstifadəçi və pasiyentlərlə bağlı məlumatlar Platforma administratoru tərəfindən adsızlaşdırılmış və hər hansısa fərdi eyniləşdirməyə imkan verməyəcəyi şəkildə, yalnız statistika və araşdırmalar məqsədi ilə istifadə edilə bilər.
    4. Təhlükəsizlik tədbirləri: Məlumat bazasında saxlanılan məlumatların təhlükəsizliyi təmin etmək üçün Platforma administratoru ən son texnologiyalardan istifadə edir və mütəmadi təkmilləşmələr aparır, lakin nəzərə almaq lazımdır ki, internet üzərində olan heçbir məlumat 100% sığortalana bilmir.
  2. Platformadan istifadə
    1. Kimlər istifadə edə bilər: Platforma yalnız ixtisaslaşmış və Azərbaycan Respublikası ərazisində həkim kimi fəaliyyət göstərməyə icazəsi olan şəxslər və onların köməkçilər üçün nəzərdə tutulmuşdur. Platformadan istifadə edərək bu şərtlərə cavab verdiyinizi təsdiq edirsiniz.
    2. Hesabın yaradılması: Platformadan istifadə etmək üçün siz qeydiyyadan keçməli və özünüz barədə tələb olunan məlumatları tam və dolğun doldurmalısınız. Hesabınızda özünüzlə bağlı verilən məlumatların düzgünlüyünə və yenilənməsinə görə, həmçinin, hesabınızdan edilən bütün əməliyyatlara görə hesab sahibi məsuliyyət daşıyır.
    3. Qanuni istifadə: İstifadəçi platformadan istifadə edərək tətbiq edilən bütün qanunlar çərçivəsində və etik standartlara uyğun istifadə edərək pasiyentlər və həkim fəaliyyəti ilə bağlı məlumatlara həssas yanaşacağına və məxfiliyi qoruyacağına razılıq verir.
    4. İstifadəçinin məsuliyyəti: Platformanın istifadəçisi daxil edilən və paylaşılan məlumatların düzgünlüyünə, tamlığına və qanuniliyinə görə məsuliyyət daşıyır. Pasiyentlər barədə məlumatların platformada saxlanılması və pasiyentlə platforma üzərindən bölüşülməsi üçün platforma istifadəçisi pasiyentin razılığını almalıdır.
  3. Əqli mülkiyyət
    1. Mülkiyyətçilik: Platforma və onunla əlaqəli bütün əqli mülkiyyətlər platforma administratoruna məxsusdur. Bu razılaşma platforma ilə bağlı əmtəə nişanlarından, loqolardan və ya digər əqli mülkiyyət məhsullarından icazəsiz istifadə hüququ vermir.
    2. İstifadəçi məlumatları mülkiyyətçiliyi: Sizə aid məlumatların mülkiyyətçisi sizsiniz. Platformadan istifadə edərək istifadəçi platformanın işini təmin etmək üçün daxil edilən məlumatların emal edilməsinə icazə verir.
  4. Məsuliyyət məhdudiyyətləri
    1. Məsuliyyət məhdudiyyətləri: İstifadəçinin fəaliyyətdən yaranan istənilən təsadüfi, dolayı, xüsusi zərərə görə Platforma administratoru heç bir halda məsuliyyət daşımır.
    2. Müayinə məlumatları: Platforma administratoru pasiyentlə bağlı daxil edilən sağlamlıq məlumatlarının düzgünlüyünə və yazılan müalicənin nəticələrinə görə heç bir məsuliyyət daşımır.
  5. Dəyişikliklər və xitam
    1. Dəyişikliklər: Bu razılaşmaya Platforma administratoru tərəfdən istənilən zaman dəyişiklik edilə bilər. Dəyişiklik edilmiş razılaşma platformada yerləşdirilir. İstifadəçi platformadan istifadə etməyə davam etməklə dəyişiklikləri qəbul etmiş hesab edilir. Tətbiq edilən bütün dəyişikliklərdən xəbərdar olmaq üçün vaxtaşırı bu razılaşmaya müraciət etməyiniz tövsiyə olunur.
    2. Xitam: İstifadəçi bu razılaşmaya istənilən vaxt, platformadan istifadəni dayandıra və hesabını silərək xitam verə bilər. Bu razılaşmanın şərtləriinə əməl edilmədikdə və ya hansı səbəbdən istifadəçinin platformadan istifadəsi platformanın fəaliyyətini risk altına aldıqda biz tərəfdən birtərəfli qaydada istifadəçinin platformadan istifadəsinə xitam verilə bilər.
  6. Qanunvericilik və mübahisələrin həlli
    1. Qanunvericilik: Bu razılaşma Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilmişdir.
    2. Mübahisələrin həlli: Bu razılaşma üzrə bütün mübahisələr danışıqlar yolu ilə həll edilməlidir. Danışıqlar yolu ilə mübahisələri həll etmək mümkün olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir.
  7. Digər müddəalar
    1. Bütün müqavilə: Bu müqavilə istifadəçi ilə platformanın qanuni təmsilçisi arasında bağlanmışdır və platformanın istifadəsi ilə daha əvvəl bağlanmış bütün müqavilələri üstələyir.
    2. İstisnalar: Əgər razılaşmanın hansısa bir hissəsi etibarsız və ya tətbiq edilə bilməyən hesab edildikdə razılaşmanın digər müddəaları tam olaraq qüvvədə qalır.
    3. İmtina: Platforma bu razılaşmanın hər hansı müddəasını icra edə bilmədikdə bu müddəanın icrasından imtina hesab edilməməlidir.
    4. Əlaqə məlumatları: Əgər müqavilə ilə bağlı hər hansı sualınız olarsa bizimlə info@ecare.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Platformadan istifadə etməklə bu razılaşma ilə tanış olduğunuzu, bütün müddəaları tam başa düşdüyünüzü və qəbul etdiyinizi təsdiq edirsiniz.