Məxfilik siyasəti
Bu məxfilik siyasəti ("Siyasət") www.ecare.az platformasının (Platforma) məxfi məlumatları necə saxlamasını, istifadə etməsini, həmçinin, şəxsi və sağlamlıqla bağlı məlumatların necə qorunmasını əks etdirir. Platforma administratoru istifadəçi məlumatlarını mövcud qanunvericiliyə uyğun olaraq qoruyur. Platformadan istifadə edərək siz bu Siyasətlə razı olduğunuzu təsdiq edirsiniz.
- Yığılan məlumatlar
- İstifadəçi məlumatları: İstifadəçi qeydiyyatdan keçərkən və platformadan istifadə edərkən özü və pasiyentləri barədə fərdi və sağlamlıq məlumatlarını daxil edir. Tələb olunan bütün məlumatlar platformanın işini təmin etmək üçün zəruri məlumatlardır.
- Avtomatik yığılan məlumatlar: Platformadan istifadə edərkən giriş olunan cihaz barədə məlumatlar, IP ünvanlar, brauzer növü, əməliyyat sistemi və istifadə məlumatları avtomatik şəkildə yığıla bilər. Bu məlumatlar platformanın fəaliyyətini təkmilləşdirməyə, istifadəçi təcrübəsini və trendləri analiz etməyə imkan verir.
- Yığılan məlumatların istifadəsi
- Xidmətlərin göstərilməsi: Yığılan məlumatlar platformanın xidmətlərini və funksionallıqlarını təmin etmək və təkmilləşdirmək məqsədi ilə istifadə edilir. Buna xəstənin xəstəlik tarixçəsi barədə məlumatların izlənilməsi, pasiyentlə həkim arasında əlaqənin qurulması, müayinə nəticələrinin bölüşülməsi aiddir.
- Tətqiqat və analiz: Məlumatlardan adsızlaşdırılmış və fərdləri eyniləşdirməyə imkan verməyəcək şəkildə tətqiqat, statistik analizlər və digər araşdırmalar məqsədi ilə istifadə edilə bilər. Hər bir halda araşdırmalar və analizlərdə istifadə olunan məlumatlarla fərdi eyniləşdirmək mümkün olmayacaqdır.
- Kommunikasiya: İstifadəçinin əlaqə vasitələrindən yenilənmələr, bildirişlər, texniki nasazlıqlar və digər informativ xarakterli məqsədlər üçün istifadə edilə bilər.
- Məlumatların bölüşülməsi
- İstifadəçinin istəyi ilə: İstifadəçi pasiyentləri və özləri barədə məlumatları platforma üzərində bölüşə bilərlər. Bölüşülən pasiyent məlumatları barədə pasiyentə məlumat verilməli və onun razılığı alınmalıdır.
- Xidmət göstərən tərəflər: Platformanın işini təmin etmək üçün platforma administratoru tərəfdən etibarlı üçüncü tərəflər cəlb edilə bilər. Üçüncü tərəflərlə yalnız platformanın onlara aid hissəsinin işini təmin etmək üçün zəruri olan məlumatlar bölüşülür və onlar da məxfilik və məlumatların təhlükəsizliyi ilə bağlı öhdəlik götürürlər.
- Hüquqi tələblər: Əgər məhkəmənin və ya digər dövlət qurumlarının qanuni tələbi ilə məlumatların təqdim olunması zəruri olarsa platforma administratoru bu məlumatları təqdim etməlidir.
- Mülkiyyətçi dəyişikliyi: Platforma qismən və ya tamami ilə satıldıqda və ya başqa bir şirkətlə birləşdikdə, dəyişikliklərin bir hissəsi kimi məlumatlar da yeni mülkiyyətçiyə ötürülə bilər. Bu halda istifadəçiyə məlumat verilir və qanunla tələb olunduğu halda yeni razılaşma imzalanır.
- Məlumat təhlükəsizliyi
- Təhlükəsizlik tədbirləri: Platforma sizin və pasiyentlərinizin məlumatlarını qorumaq üçün bütün ağlabatan və zəruri tədbirləri görür. Bununla belə, nəzərə almaq lazımdır ki, internet üzərindən ötürülən heç bir məlumat 100% sığortalana bilmir.
- Məlumatların saxlanılması: Platformdakı məlumatlar platformanın işini təmin etmək üçün, həmçinin, qanunvericiliklə tələb olunan müddətə saxlanılır. Hər hansı bir məlumata zərurət qalmadıqda həmin məlumatlar silinir və ya anonimləşdirilir.
- İstifadəçinin hüquqları
- Giriş və dəyişiklik: İstifadəçi özü barədə məlumatlara giriş etmək, dəyişiklik etmək və ya öz profilini və onunla bağlı məlumatları silə bilər.
- Marketinq kommunikasiyaları: İstifadəçi marketinq kommunikasiyalarını almaq istəmədiyi təqdirdə bizə bildirməli və onun adı siyahıdan çıxarılmalıdır. Bununla belə platformadan vacib məlumatlara dair bildirişlər gəlməkdə davam edəcəkdir.
Siyasətə dəyişikliklər
Platforma administratoru vaxtaşırı bu siyasəti zəruri dəyişikliklər edə bilər. Siyasətə edilən dəyişikliklər barədə istifadəçi məlumatlandırılır. İstifadəçinin platformadan istifadəni davam etməsi dəyişiklikləri qəbul etməsi kimi qəbul edilir.
Əgər siyasət ilə bağlı hər hansı sualınız olarsa bizimlə info@ecare.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
Platformadan istifadə etməklə bu Məxfilik siyasəti ilə tanış olduğunuzu, bütün müddəaları tam başa düşdüyünüzü və qəbul etdiyinizi təsdiq edirsiniz.